Çavuşoğlu Bakıya gəlir: Qarabağın gələcəyi və Rusiyanın Azərbaycandakı fəaliyyəti...

saytların hazırlanması

Evə çatdırılma

Çavuşoğlu Bakıya gəlir: Qarabağın gələcəyi və Rusiyanın Azərbaycandakı fəaliyyəti...

Siyasət

16 Fevral 2021 19:46 1619


Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfərə gəlir. Səfər fevralın 18-19 tarixlərində həyata keçiriləcək. Çavuşoğlunun bir sıra rəsmi şəxslərlə görüşləri olacaq.

Yenisabah.az xəbər verir ki, politoloq Zaur Məmmədov səfər çərçivəsində müzakirə ediləcək məsələləri “Sherg.az”a sadalayıb.

Onun sözlərinə görə, son zamanlar Azərbaycan və Türkiyə rəsmilərinin qarşılıqlı səfərləri aktivləşib: Toyuqlu pizza

“Bunun da əsas səbəbi tərəflər arasında Cənubi Qafqazın gələcəyi ilə bağlı dərin əməkdaşlığın təzahür etməsidir. Çavuşoğlu son 6 ayda ölkəmizə ən çox səfər edən nazirdir. Çox güman ki, səfər əsnasında həm Türkiyə şirkətlərinin Azərbaycana gəlişi, həm də Türkiyə-Azərbaycan arasında yeni nəqliyyat layihələri və infrastrukturunun reallaşması ilə bağlı müzakirələr olacaq”.

Z.Məmmədov vurğulayıb ki, səfər zamanı əsas müzakirə predmetləri – Qarabağın gələcəyi, ermənilərin kompakt yaşadığı bölgələr və Rusiyanın Azərbaycandakı fəaliyyəti və başqa məsələlər olacaq:

“Hər halda Tovuz təxribatından sonra qardaş ölkə ilə ciddi şəkildə yaxınlaşmanın şahidi olduq. Yaxın zamanlarda Türkiyə-Azərbaycan və Türkiyə-Rusiya arasında bağlı qapılar arxasında müzakirə edilən bəzi məsələlərlə bağlı qərarların ictimaiyyətə açıqlanmasının şahidi olacağıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!