Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüblər.
Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində baş verib. Dominos pizza
Şükürbəyli kəndində xidmətə məxsus UAZ markalı avtomobil hərəkətdə olarkən “Shacman” markalı yük avtomobili onun hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.
DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.
Telegram kanalımız