Daxili İşlər Nazirliyi (DİN) Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı barədə məlumat yayıb.
DİN Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxması səbəbindən piyada əleyhinə minaya düşüb.
Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb. pizza
Araşdırmalar davam etdirilir.
Telegram kanalımız