Cəlilabadda baş verən qətl: Prokurorluq istintaqa başladı

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda baş verən qətl: Prokurorluq istintaqa başladı

Kriminal

28 Oktyabr 2023 12:53 1125


Baş Prokurorluq oktyabrın 24-də Cəlilabadda ba verən qətllə bağlı məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cəlilabad rayon prokurorluğundan APA-ya verilən məlumata görə, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. pizza sifarişi

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!