Cəlilabadda dəhşət: Atasını döyən şəxsi belə öldürdü - Anbaan görüntülər 

saytların hazırlanması

Evə çatdırılma

Cəlilabadda dəhşət: Atasını döyən şəxsi belə öldürdü - Anbaan görüntülər 

Kriminal

26 Oktyabr 2023 10:59 1148


Oktyabrın 24-də Cəlilabad rayonunda qətl törədilib. 

Yenisabah.az xəbər verir ki, yenicə həbsdən azadlığa çıxmış 1977-ci il təvəllüdlü Mirxəqani Əhmədov küçədə naməlum şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. 

“Xəzərxəbər” hadisənin görüntülərini yayıb. Bildirilib ki, M.Əhmədov aptekdən dərman alıb çıxarkən yol kənarında gözləyən gəncin hücumuna məruz qalıb. Ürək nahiyəsindən 2 ağır xəsarət alan 45 yaşlı şəxs xəstəxanada ölüb.  Dominos pizza

İlkin məlumata görə, hadisə qisas zəminində törədilib. Belə ki, M.Əhmədov vaxtilə rayon sakininlərdən birini döyərək onun sağlamlığına ciddi zərbələr vurub. 6 il həbs cəzası alan M.Əhmədov həbsdən çıxandan sonra döydüyü şəxsin oğlu onu öldürmək qərarına gəlib və izləyərək hücum edib. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!