Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müzakirə apardı

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə müzakirə apardı

Siyasət

22 Yanvar 2021 18:24 661


Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Gürcüstan Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Yenisabah.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov gürcü həmkarının eyni zamanda Gürcüstan Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi münasibəti ilə səmimi təbriklərini çatdırıb və ona faliyyətində uğurlar arzu edib. Sezar pizza

Nazirlər bölgədəki son vəziyyəti, eləcə də ikitərəfli münasibətlər gündəliyinə daxil olan müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!