Ceyhun Bayramov Toivo Klaarla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Ceyhun Bayramov Toivo Klaarla görüşdü

Siyasət

22 Fevral 2024 17:22 587


Bu gün xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb. Dominos pizza

Sülh sazişi layihəsinə gəldikdə ölkəmizin növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuz diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

Tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!