Çindəki səfirliyimizdə səsvermə başa çatdı 

saytların hazırlanması

Evə çatdırılma

Çindəki səfirliyimizdə səsvermə başa çatdı 

Siyasət

07 Fevral 2024 15:27 358


Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində səsvermə prosesi bitib. 

Bu barədə Yenisabah.az-a Azərbaycanın Çindəki səfirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 44 saylı seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da başlayan səsvermə axşam saat 19:00-da başa çatıb. Marqarita pizza

"Səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımız, “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-Pekin-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuş və kabin heyəti və müxtəlif səbəblərdən seçki günü Pekin şəhərində olan seçicilər də səsvermədə iştirak ediblər. Bayram əhval ruhiyyəsində keçirilən seçkilərdə Azərbaycan vətəndaşları xüsusi fəallıq nümayiş etdiriblər", - məlumatda vurğulanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!