Coratda qadın ərini öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Coratda qadın ərini öldürdü

Kriminal

09 Avqust 2023 10:53 2131


Avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini, 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bu barədə Sumqayıt şəhər Prokurorluğu məlumat yayıb.

Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. pizza hut

Fakta görə Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.

İbtidai istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!