“Çox gərgin vəziyyətdir, böyük ehtimalla müharibə olacaq” – Mariya Stadnik

saytların hazırlanması

Evə çatdırılma

“Çox gərgin vəziyyətdir, böyük ehtimalla müharibə olacaq” – Mariya Stadnik

Dünya

22 Fevral 2022 11:17 8046


Rusiya ilə Ukrayna arasında müharibə ehtimalının artması dünya gündəmini zəbt edən əsas məsələyə çevrilib. Siyasi analitiklər silahların işə düşməsinin çox da uzaqda olmadığını, hətta yaxın saatlarda müharibənin başlayacağını bildirirlər. 

Ukrayna əsilli azərbaycanlı dünya şöhrətli sərbəst güləşçi Mariya Stadnik Ukrayna-Rusiya məsələsi ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, hazırda Ukraynada olduğunu və orada vəziyyətin getdikcə gərginləşdiyini bildirib:

“Hazırda Ukraynanın Lvov şəhərindəyəm. Burada hələ sakitçilikdir. Lakin insanlar çox gərgin vəziyyətdədir. Ölkənin Qərbinə doğru sürətli axın var. Məktəblər bağlanıb. Şəhərdə olan sığınacaqlar hər ehtimala qarşı işarələnir. Dəqiq informasiya isə verilmir. Pepperoni pizza

Biz Ukrayna xalqı olaraq sülhə ümid edirik. Lakin böyük ehtimalla müharibə olacaq”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!