İŞİD Şimali Qafqaz qolu olan "Vilayət Qafqaz", ehtimal ki, iyunun 23-də Dağıstanda kilsələrə, sinaqoqlara və hüquq-mühafizə orqanlarına kompleks və koordinasiyalı hücumu həyata keçirub.
Yenisabah.az xəbər verir ki, bu, ISW-nin (Müharibəni Tədqiq İnstitutu) hesabatında qeyd olunur.
Hücumdan sonra "Vilayət Qafqaz"ın "Al-Azaim Media"sının Rusiya filialı “Qafqazdan olan qardaşların” nəyə qadir olduqlarını nümayiş etdirdiklərinə görə tərifləyən bəyanat yayıb. pizza mizza
ISW yazır ki, "Əl-Əzaim" hücumun özündə məsuliyyəti üzərinə götürməyib, lakin "Qafqaz"a istinad bu hücuma görə onun məsuliyyət daşıdığını qəti şəkildə deməyə əsas verir.
İnstitutun analitikləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) regional antiterror strukturunun xəbərdarlığına diqqət çəkiblər: "Vilayət Qafqaz" martın 22-də Moskva yaxınlığındakı "Crocus City Hall" binasına hücumdan sonra fəallaşıb və aprel ayından etibarən çağırışları gücləndirib.
Hesabatda deyilir ki, Rusiya hakimiyyəti Şimali Qafqazda “qeyri-müəyyən antiterror əməliyyatı” keçirməyə çalışsa da, cavablarını əsasən Ukrayna və NATO-ya hücumda əsassız ittihama yönəldib.
Bəzi Rusiya rəsmiləri artıq 23 iyun hücumunda Ukrayna və NATO-nun əli olduğunu iddia edirlər. İnstitutdan bildirilib ki, bu ittihamların heç bir əsası yoxdur.
Telegram kanalımız