Daha 14 şagird koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Daha 14 şagird koronavirusa yoluxdu

Sosial

13 Oktyabr 2020 17:31 1133


Təhsil Nazirliyi son sutka ərzində ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxma ilə bağlı statistikanı açıqlayıb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, son sutka ərzində bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 13, işçi sayı 3 olub.

Son sutka ərzində koronavirusa yoluxan şagirdlərin 14, işçi heyətinin sayı 4 nəfər təşkil edib. Dördpendirli pizza

Bu müddət ərzində 5 sinif yenidən əyani təhsilə qaytarılıb. Distant təhsilə keçirilən siniflərin sayı 2, məktəblərin sayı isə 4 olub.

Qeyd edək ki, bu günə kimi koronavirusa yoluxma vəziyyətinə görə, distant təhsilə keçirilən siniflərin sayı 52, distant təhsilə keçirilən məktəblərin sayı 24 olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!