“Daş bazarı”nda FACİƏ: Ustanı “tok” vurdu

saytların hazırlanması

Evə çatdırılma

“Daş bazarı”nda FACİƏ: Ustanı “tok” vurdu

Hadisə

30 Sentyabr 2022 10:00 1164


Sentyabrın 29-u saat 15 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsində 1984-cü il təvəllüdlü Xəqani Əzizovun ölməsi barədə rayon prokurorluğuna məlumat  daxil olub. 

Binəqədi rayon prokurorluğunun məlumatından Yenisabah.az-a verilən məlumata görə, Xəqani Əzizov usta kimi işlədiyi “Biləcəri daş bazarı” adlanan yerdə yerləşən taxta sexinin çardağında örtük quraşdırma işlərini yerinə yetirərəkən elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanının təsirindən ölüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!