Daşkəsəndə avtomobillər toqquşdu, müəllim öldü

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndə avtomobillər toqquşdu, müəllim öldü

Hadisə

03 Dekabr 2022 17:01 726


Daşkəsən rayonunda avtomobillər toqquşub, müəllim ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayon ərazisindən keçən hissəsində "Soyuq bulaq" deyilən ərazidə qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük avtomobili ilə "Niva" markalı maşın toqquşub. Nəticədə "Niva"nın sürücüsü - Daşkəsən rayonunun Əmirvar kənd sakini, 1964-cü il təvəllüdlü Xanlar Tağıyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Pepperoni pizza

Qeyd edək ki, Ə.Tağıyev Əmirvar kənd tam orta məktəbinin müəllimi imiş.

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!