Daşkəsəndəki qətlin təfərrüatları bilindi

saytların hazırlanması

Evə çatdırılma

Daşkəsəndəki qətlin təfərrüatları bilindi

Kriminal

16 Avqust 2023 16:30 1216


Daşkəsənin Qabaqtəpə kəndində qeydə alınmış qətlin bəzi təfərrüatı məlum olub.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, hadisədən əvvəl 2005-ci il təvəllüdlü Elnur Quliyev qonşusu, 1969-cu il təvəllüdlü Məmməd Əmrahovla küçədə şəxsi münasibətlər zəminində mübahisə edib.

Dava zamanı onların küçədə tək olduqları bildirilir. pizza sifarişi

Daha sonra o, 54 yaşlı kişiyə bir neçə bıçaq zərbəsi endirərək qətlə yetirib. E.Quliyev hadisəni törətdikdən sonra könüllü olaraq polisə təslim olub.

Hadisəni törətməkdə şübhəli bilinən E.Quliyev abituriyentdir.

Bu il o, tələbə adını qazanıb, M.Əmrahov isə ailəsindən ayrılıb, anası və bacısı ilə birgə yaşayırmış. Qətlə yetirilən şəxs kənd ərazisində heyvandarlıq və əkinçiliklə məşğul olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!