“Dedi ki, sənə bunu icazə verirəm” - Gülay

saytların hazırlanması

Evə çatdırılma

“Dedi ki, sənə bunu icazə verirəm” - Gülay

Şou

27 Dekabr 2022 12:09 850


“Mən muğamdan və xalq mahnılarından küsməmişəm. Elə məclislərdə oluram ki, orada muğam, xalq mahnıları, bəstəkar əsərləri ifa edirəm”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri “Səhərin səsi” verilişində müğənni Gülay Zeynallı deyib.

O bildirib ki, estrada mahnıları ilə yanaşı muğam da oxumağa davam edir: Marqarita pizza

“Sənətimi çox sevirəm. Zamanında müəllimim, Xalq artisti Arif Babayev dedi ki, hər janrda oxu, sənə ustadın kimi icazə verirəm. Şükür allaha mənim küskünlüyüm yoxdu. İlk addımlarımda, tar-kamança, qavalla gəlmişəm. Qavalda yaxşı ifa edirəm. Verilişdə canlı ifa şəraiti olsun, canla-başla oxuyarıq. Mən saatlarla el şənliklərində canlı oxuyuram. Proqramlarda olmasa da, tədbirlərdə canlı ifalar səsləndirirəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!