“Dediklərimə peşman deyiləm” – Çingiz Abdullayev danışdı

saytların hazırlanması

Evə çatdırılma

“Dediklərimə peşman deyiləm” – Çingiz Abdullayev danışdı

Hadisə

27 Oktyabr 2022 09:04 5957


“Mənim kimi birisinə o sualı vermək yersiz idi. Mən pul xərcələyən, onu bölüşdürən deyiləm. Ona görə də dediklərimdən peşman deyiləm”.

Bunu Gununsesi.info-ya açıqlamasında AYB sədrinin müavini, xalq yazıçısı Çingiz Abdullayev ona sual verən ğjurnalistləri təhqir etməsi faktına münasibətində bildirib.

Çingiz Abdullayev əlavə edib ki, sözünün üstündə dayanır: “Bəli, o sualı verən jurnalist utanmalı idi. Mən sözümün üstündə dayanıram”. Marqarita pizza

Xatırladaq ki, media təmsilçilərindən birinin  AYB-nin qurultayı üçün ayrılan 200 min manatın necə xərclənməsi barədə sualı xalq yazıçısının təhqiri ilə qarşılanıb.

Çingiz Abdullayev ona sual verən jurnalistə “Niyə ölmürsən, utanmırsan” deyə qarşılıq verib.

Bu açıqlamasına görə , sosial şəbəkə və mediada Çingiz Abdullayevə qarşı sərt ittihamlar səsləndirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!