DeFacto, rəsmi olaraq Azərbaycandan birbaşa onlayn sifariş imkanını təqdim etdi!

saytların hazırlanması

Evə çatdırılma

DeFacto, rəsmi olaraq Azərbaycandan birbaşa onlayn sifariş imkanını təqdim etdi!

Sosial

09 Dekabr 2024 12:05 572


Dekabrın 4-də Bakının məşhur Alov Qüllələrində dəb və rahatlıq sevənlər üçün möhtəşəm tədbir baş tutdu. Tədbirin keçirildiyi məkan DeFacto-nun özünəməxsus üslubunu əks etdirən zərif bəzəklərlə bəzədilmişdi. Qonaqlar eksklüziv təqdimatlardan zövq alaraq unikal anlar yaşadılar.

DeFacto-nun dəb və rahatlıq dünyası artıq bir toxunuşla sizinlədir! İndi www.defacto.com saytına daxil olaraq, Türkiyənin ən son geyim, ayaqqabı və aksesuar kolleksiyalarını seçə, ölkənin istənilən nöqtəsinə çatdırılma ilə sifariş edə bilərsiniz.

Tədbir DeFacto-nun onlayn satışlar üzrə baş meneceri Öndər Şenolun çıxışı ilə başladı. O, bu əməkdaşlığın əhəmiyyəti və www.defacto.com saytında müştəriləri gözləyən xüsusi bonuslar haqqında məlumat verdi. Tədbirə çoxsaylı tanınmış qonaqlar qatıldı, məşhur ifaçı Hissin performansı isə alqışlarla qarşılandı və tədbir mükəmməl şəkildə yekunlaşdı. Sezar pizza

DeFacto ilə rahat alış-veriş artıq reallıqdır!

İndi www.defacto.com saytına daxil olub üslub, keyfiyyət və rahatlığı bu gündən kəşf edin!

Onlayn mağazamız təklif edir:

-Hər kəs üçün geniş çeşiddə geyim, ayaqqabı və aksesuarlar;

-Daimi endirimlər və sürpriz kampaniyalar;

-Hər kəsə uyğun ödəniş üsulları;

-Azərbaycanın istənilən nöqtəsinə qapıya çatdırılma.

Defacto brendi haqqında

DeFacto 2005-ci ildə İstanbulda ilk mağazasını açaraq yoluna başladı. Bu gün isə marka 100-dən çox ölkədə fəaliyyət göstərir, 500-dən artıq mağazaya və dünyada 14000-dən çox əməkdaşa sahibdir.

DeFacto, Türkiyənin moda sənayesində liderlərdən biri olmaqla, ikinci ən böyük brend olaraq tanınır. Brend hər kəs üçün dəbli, keyfiyyətli və münasib qiymətli geyimlər təqdim edir.

DeFacto-nun çeşidi qadın, kişi, gənc, uşaq və körpələr üçün müxtəlif kolleksiyalarla yanaşı, xüsusi xətləri də əhatə edir:

-DeFacto Fit – aktiv həyat tərzi üçün;

-DeFacto Cool – dəbli təcrübələr üçün;

-Modest Fashion – klassik və zərif üslub üçün;

-Böyük ölçülü geyimlər;

-Hamilələr üçün xüsusi geyimlər;

-Alt paltarları.

DeFacto hər il ailələr üçün ideal geyimlər təqdim edərək öz mövqeyini gücləndirir, müxtəlif zövqlərə və tələblərə uyğun unikal seçimlər təklif edir.

DeFacto ilə öz tərzinizi yaratmağa hazır olun!

Defacto Azərbaycan haqqında

DeFacto-nun Azərbaycanda 4 mağazası var və 2015-ci ildən etibarən fəaliyyət göstərir.

Mağaza ünvanları: Bakı Gənclik Mall, Bakı Əhmədli küçəsi, Sumqayıt Sülh küçəsi və Gəncə Gəncə Mall.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!