“Dəfn pulu”nu artıq belə alacaqsınız - DİQQƏT

saytların hazırlanması

Evə çatdırılma

“Dəfn pulu”nu artıq belə alacaqsınız - DİQQƏT

Sosial

10 Dekabr 2024 11:56 51654


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmət keyfiyyətini daha da artırmaq və vətəndaş məmnuniyyətini təmin etmək məqsədi ilə növbəti yeniliyə imza atılıb.

Nazirliyin mətbuat xidmətindən Yenisabah.az-a bildirilib ki, elektron xidmətlərin tətbiqi nəticəsində vətəndaşlar “Kapital Bank”ın “Birbank” mobil tətbiqinə daxil olaraq əməliyyatlar hissəsində uşağın anadan olmasına və dəfnə görə onlara təyin edilmiş birdəfəlik müavinətləri görə biləcəklər.

Müavinətin məbləği, hansı növə aid olduğu barədə məlumatlar “Birbank” tətbiqində əks olunacaq. pizza mizza

Həmin məbləği “Kapital Bank”dan nağdlaşdırmaq və ya “Birbank” tətbiqi ilə istənilən karta köçürərək də əldə etmək olar.

“Birbank” mobil tətbiqi olmayan müştərilərə isə SMS vasitəsilə keçid linki göndəriləcək ki, bu linkə daxil olmaqla birdəfəlik ödənişləri istənilən bank hesabına köçürmək mümkün olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Günel
    Salam mənim anam 57yaşinda öldü insut xəstəsi idi dekabrın 14bir ay olacaq ölümü bes niye ölü pulu vermədilər
    1 year ago
  • Rəna
    İndi yenədə işləyənlər pensiya və yaxud maddi yardım alanlara dəfn pulu düşür? Bəs xəstə olub işləməyib pensiya düşmür deyənlər onlar rəhmətə gedəndə dəfn olmurlarmı?ay məmurlar sözüm sizədi?onlar zibil yeşiyinəmi atılırlar.yaxşı yaxşı fikirləşin
    1 year ago
  • Esmira
    Allahin salami olsun cumlemize,Allah teala komek olsun cumlemize Amin!????????
    1 year ago