Dəhşətli təyyarə qəzası - Pilot yoxa çıxdı 

saytların hazırlanması

Evə çatdırılma

Dəhşətli təyyarə qəzası - Pilot yoxa çıxdı 

Dünya

17 İyun 2024 20:26 437


Rusiyanın Murmansk vilayətində yerləşən İmandra gölündə təkmühərrikli hidrotəyyarə uçuş zamanı qəzaya uğrayıb. 

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, su anbarı Tıq-Quba qəsəbəsi ərazisində yerləşir. "Orion-11" hidrotəyyarəsinin pilotu icazəsiz uçuş həyata keçirməyə cəhd edib. Üstəlik, uçuş və ona hazırlıq qaydalarını pozub. Nəticədə təyyarə qəzaya uğrayıb. Marqarita pizza

"Orion 11" gölün 4-5 metr dərinliyində yerləşir", - məlumatda deyilir.

Hazırda hadisə yerində dalğıclar işləyir. Hidrotəyyarənin pilotunun axtarışına ümumilikdə fövqəladə hallar xidmətinin 19 əməkdaşı və səkkiz xüsusi texnika cəlb olunub./publika.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!