Delimitasiya buradan başlaya bilər - Paşinyan məkanı açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Delimitasiya buradan başlaya bilər - Paşinyan məkanı açıqladı

Siyasət

12 Mart 2024 13:55 585


İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən başlaya bilər.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında bildirib.

“Belə fikirlər var ki, delimitasiyanı bütövlükdə aparmaq, sonra konkret hərəkətlərə və ya ara varianta keçmək, yaxud ən çətin sahələrdən başlamaq lazımdır və s. İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən başlaya bilər. Dominos pizza

Qərarlar qəbul edərkən reallıqların və vəziyyətin hərtərəfli təhlilindən çıxış etməli və Ermənistan ətrafında mövcud təhlükəsizlik çağırışlarının idarə olunması məntiqini, vəziyyətin sabitliyini təmin etmək üçün tələb və ehtiyacları rəhbər tutmalıyıq”.

Azərbaycanla torpaq sahələrinin dəyişdirilməsi imkanlarına gəlincə, Paşinyan bildirib ki, belə imkanlar azdır: “Bu, təhrifə və ya əlavə risklərə səbəb ola bilər”.

Baş nazir sözünə davam edib: Yaxın gələcəkdə kommunikasiyalarımızın harada olduğunu öyrənməliyik. Əmin olmalıyıq ki, Ermənistandakı bütün kommunikasiyalar Ermənistan ərazisindən keçsin ki, problemimiz olmasın.

Yaxın vaxtlarda problemlərlə yerində tanış olmaq üçün Tavuş rayonuna gedəcəyəm. Hazırda həll yollarımız yoxdur, amma hesab edirəm ki, bu ümumi prosesi məhz bu məntiqlə idarə etməliyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!