“Ənənəyə uyğun olaraq, bu il də Xocalı soyqırımında erməni vandalları tərəfindən qətlə yetirilən və 1992-ci ilin martın 2-də göz yaşları içərisində Şəhidlər Xiyabanında Vətən torpağına tapşırdığım iki Xocalı fidanımızın 5 yaşlı adsız və 3 yaşlı Gülmirənin məzarını ziyarət etdim”.
“Yeni Sabah” xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib.
O, bildirib ki, müzəffər Ali Baş Komandan igid döyüşçülərilə Vətənin bütövlüyü və istiqlalı uğrunda şəhid olan, qətlə yetirilən soydaşlarımız kimi yüzlərlə günahsız uşaqların da intiqamını aldı. pizza sifarişi
“Xocalı azaddır, üç rəngli bayrağımız müqəddəs məkanımızda qürurla dalğalanır. Artıq Xocalı soyqırımında qətlə yetirilənlərin də ruhu rahatdır.
Ruhları şad olsun”.
Telegram kanalımız