Deputat: Cərimələrlə bağlı cəmiyyətdə qıcıq yaranır

saytların hazırlanması

Evə çatdırılma

Deputat: Cərimələrlə bağlı cəmiyyətdə qıcıq yaranır

Sosial

20 Noyabr 2024 14:13 452


Uşaq yeməkləri və uşaq ləvazimatlarının qiyməti günü-gündən qalıxır, kəllə-çarxa çatır.

Yenisabah.az apa-ya istinadla xəbər verir ki, bunu deputat Əli Məsimli deyib.

O bildirib ki, əhalinin bunları almağa imkanı yoxdur: "Uşaq yeməkləri və uşaq ləvazimatlarına da vergi güzəştləri şamil olunmalıdır. Əgər güzəştlərdən söhbət gedirsə, bu sahəyə çox ehtiyac var”. pizza hut

Əli Məsimli cərimələrin qoyulmasında uçot sisteminin tətbiqini də vacib sayıb: “Son dövrlərdə cərimələrlə bağlı cəmiyyətdə qıcıqlar yaranır. Cərimələr getdikcə artır, böyük rəqəmlər cərimə kimi qoyulur və buna izah verilmir. Bəzi hallarda əlavə vəsait cəlb etmək üçün süni cərimələr tətbiq edilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!