Deputat həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Deputat həbs olundu

Dünya

08 İyul 2024 11:08 924


Qırğızıstanda kütləvi iğtişaşların təşkilinə və hakimiyyətin zorla ələ keçirilməsinə çağırış edən “Ata-Yurt Qırğızıstan” fraksiyasından olan deputat saxlanılıb. 

"Report” Qırğızıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb. 

Məlumata görə, N.J.K. sosial şəbəkələrdə qanunsuz fəaliyyətlərə çağırıb: “O, vaxtaşırı təxribat xarakterli materiallar, o cümlədən kütləvi iğtişaşların təşkili və hökumətin devrilməsi ilə bağlı çağırışlar dərc edib. Faktla bağlı Qırğızıstan Cinayət Məcəlləsinin “Kütləvi iğtişaşlar” maddəsi ilə iş başlanıb. Faktla bağlı araşdırma aparılır”.  Sezar pizza

KİV yazır ki, bu şəxs deputat Janarbek Nadırbekovdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!