Dərslərin başlama vaxtı dəyişdirilə bilərmi? -   Rəsmi CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Dərslərin başlama vaxtı dəyişdirilə bilərmi? - Rəsmi CAVAB

Sosial

03 Dekabr 2024 09:02 426


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təhcizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə əsasən ümumi təhsil müəssisələrində dərslərin səhər saat 8-də başlanması məqsədəuyğundur.

“Yeni Sabah” xəbər verir ki, bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən bildirilib.

 Qeyd olunub ki, eyni zamanda, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19.11.2010-cu il tarixli 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrinin Pedaqoji Şurası haqqında Əsasnamə”nin 3.1.2.9-cu və 4.1.1-ci bəndlərinə əsasən müəssisənin iş rejiminin müəyyənləşdirilməsi pedaqoji şuranın səlahiyyətləri daxilindədir.   pizza

 Bu səlahiyyətdən istifadə edərək hər bir ümumi təhsil müəssisəsinin özü pedaqoji şuranın qərarı ilə dərslərin başlanma vaxtını müəyyən edə bilər.

 Bundan əlavə, hazırda dərslərin səhər saat 8-də başlaması digər sosial məsələlərdən də qaynaqlanır:

– həmin saatlarda nəqliyyatda tıxacın nisbətən az olması;

– övladlarını ümumi təhsil müəssisəsinə apardıqdan sonra işləyən valideynlərin (və ya digər qanuni nümayəndələrin) əksər hallarda saat 09:00-da işə başlaması.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!