DİQQƏT! Bəzi ərazilərdə qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bəzi ərazilərdə qaz olmayacaq

Sosial

12 Dekabr 2024 19:55 336


Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, "Digah-Bilgəh" orta təzyiqli qaz kəmərində aşkar olunmuş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədi ilə 13.12.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Dördpendirli pizza

"Həmçinin Şəki rayonu ərazisində M.Ə.Rəsulzadə prospektində yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə qoşulması məqsədi ilə 13.12.2024-cü il saat 09:30-dan etibarən işlər başa çatanadək “Şəki” QTM-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə paytaxtın Sabunçu rayonu üzrə Pirşağı qəsəbəsinin, Ləhiş bağlarının və 2-ci Sovxoz ərazisinin, Şəki şəhərinin və rayonun İnçə, Qoxmuq, Oxud kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!