DİQQƏT! Sabah bu rayonlarda qaz olmayacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sabah bu rayonlarda qaz olmayacaq

Sosial

10 Dekabr 2024 23:51 406


Nərimanov və Suraxanı rayonlarında qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Abşeron rayonunda "Masazır" yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttinin quraşdırılması, Balakən rayonu ərazisində qaz xətlərində aşkar edilmiş qaz sızmalarının aradan qaldırılması və "Tərtər" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti üzərində qaz tənzimləyici qurğunun quraşdırılması məqsədilə dekabrın 11-i saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırıldığı müddətdə paytaxtın Nərimanov rayonu üzrə İ.Hidayətzadə, A.Heydərov, Mayovski, M.Nağıyev və Y.Nəsirov küçələrində, Suraxanı rayonu üzrə Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsində, Abşeron rayonu üzrə Masazır qəsəbəsinin yeni yaşayış sahəsində və Xırdalan şəhərindəki AAF Park Yaşayış Kompleksində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Sezar pizza

Regionlar üzrə Balakən rayonunun (Balakən şəhəri, 1 qəsəbə və 26 kənd), Tərtər rayonunun (23 kənd) və Bərdə rayonunun (9 kənd) bir hissəsində də qaz təchizatında müvəqqəti fasilə olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!