Dmitri Medvedev: “Sanksiyalara sərt cavab veriləcək“

saytların hazırlanması

Evə çatdırılma

Dmitri Medvedev: “Sanksiyalara sərt cavab veriləcək“

Dünya

10 Mart 2022 15:20 585


"Rusiya Qərbin tətbiq etdiyi məhdudiyyətlərə sərt cavab verəcək".

Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.

O, “VKontakte” sosial şəbəkəsində yazıb: pizza hut

"Siyasətçilərin əsas vəzifəsi müəssisələrin səhmdarlarına ciddi təzyiq göstərmək, onları öz iradələrinə tabe olmağa məcbur etməkdir. Xarici biznesin Rusiyanı tərk etmək istəməməsini, onların potensial itkilərini onlar da nəzərə almırlar. Biz buna əsaslı və sərt şəkildə cavab verəcəyik”.

Medvedevin sözlərinə görə, ölkə rusların və Rusiya şirkətlərinin xaricdəki əmlaklarının əsassız olaraq ələ keçirilməsinə də dözməyəcək:

"Xarici aktivlərin ələ keçirilməsi və onların mümkün milliləşdirilməsi də daxil olmaqla, simmetrik cavab tədbirləri olacaq. Eyni şey xarici şirkətlərin ölkəmizdə işləməkdən imtinasına da aiddir. Onlar sanksiyalara əsaslanıb faktiki olaraq komandalarını taleyin ümidinə buraxırlar”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!