Donbasa qanunsuz yolla gələn rusiyalı jurnalistlər atəşə tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Donbasa qanunsuz yolla gələn rusiyalı jurnalistlər atəşə tutuldu

Dünya

27 Fevral 2022 20:48 621


Qanunsuz yolla Donbasa gələn bir qrup rusiyalı jurnalist Ukrayna artilleriyasından atəşə tutulub.

Yenisabah.az xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Qeyd olunur ki, hadisə baş verən zaman orada RİA Novosti, Zvezda və TVÇ telekanallarının müxbirləri olub. Ölən və yaralananlar olmayıb. pizza sifarişi

Atəşdən sonra səmada Ukraynaya məxsus PUA görünüb.

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putin Donbass respublikalarının rəhbərlərinin kömək üçün müraciətinə cavab olaraq Ukraynada xüsusi hərbi əməliyyat elan edib.

O vurğulayıb ki, Moskvanın planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil, məqsəd ölkənin demilitarizasiyası və deazifikasiyasıdır.

Rusiya Müdafiə Nazirliyi deyib ki, Rusiya hərbi qulluqçuları şəhərlərə zərbə endirmir, yalnız hərbi infrastrukturu sıradan çıxarır, ona görə də heç bir şey mülki əhalini təhdid etmir.

Ancaq deyilənlər hər şeyin əksini göstərir. Belə ki, 3 gün ərzində xeyli yaşayış evi dağılıb, mülki şəxslər həlak olub. Bizim.media


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!