Dövlət Baxçalı İlham Əliyevi təbrik etdi

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Baxçalı İlham Əliyevi təbrik etdi

Siyasət

31 Dekabr 2020 21:56 1067


Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Yenisabah.az xəbər verir ki, təbrikdə deyilir:

Türkiyə və Azərbaycan “Bir millət, iki dövlət” prinsip və düşüncəsinin tarixdə təsdiqini tapmış nadir və güclü ölkələrdir. Dördpendirli pizza

Biz dostdan daha çox qardaşlıq əlaqələri ilə bir-birinə bağlanmış, coğrafi cəhətdən fərqli olsa da, xəyalları və hədəfləri eyni olan türk millətinin övladlarıyıq.

2020-ci il problemlərlə dolu mürəkkəb il olsa da, Zati-alinizin liderliyi ilə qəhrəman əsgərlərinizin mübarizəsi nəticəsində Qarabağda möhtəşəm bir zəfər qazanılıb.

Bu qələbə haqq işinin, haqq-ədalətə riayət edən bir inancın mükafatıdır.

Heç şübhəsiz, Ankara və Bakının ürəyi bir döyünür.

Tarix və millət qarşısında iftixarla bildirmək istəyirəm ki, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, layiq olduğu səviyyəyə çatmasına Sizin də böyük töhfələriniz vardır.

Zati-alinizin və Sizin şəxsinizdə bütün azərbaycanlıların Yeni ilini ən dərin hisslərimlə təbrik edir, səmimi salamlarımı və ehtiramımı bildirirəm.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!