Dövlət Departamentindən Gürcüstana hədə dolu çağırış  

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Departamentindən Gürcüstana hədə dolu çağırış  

Siyasət

18 Aprel 2024 10:57 349


“Gürcüstan hökumətini xəbərdarlıqlara əməl etməyə çağırırıq”. 

Yenisabah.az xəbər verir ki, bu, ABŞ Dövlət Departamentinin Gürcüstanda xarici agentlər haqqında qanunun qəbuluna yeni cəhdlə bağlı aprelin əvvəlindən bəri 8-ci bəyanatında yer alıb.

"Biz Gürcüstan hökumətini bu qanun layihəsinin Aİ norma və dəyərlərinə uyğun olmadığına dair xəbərdarlıqlara diqqət yetirməyə çağırırıq. Bu, təbii ki, Gürcüstanın Avropa İttifaqına daxil olması istiqamətində irəliləyişinə mənfi təsir göstərəcək", - deyə qeyd olunub. pizza mizza

Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel qanunun vətəndaş cəmiyyəti təşkilatlarını və medianı ləkələyə biləcəyini təkrarlayıb. Gürcüstanın hakim partiyası isə bunun arqument olmadığını bildirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!