Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Gömrük Komitəsinə yeni TƏYİNAT

Siyasət

09 Aprel 2024 21:49 997


Dövlət Gömrük Komitəsinin Gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi şöbəsinə rəis təyin olunub.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Həmid Elxan oğlu Şirinovu təyin edilib. O, 2018-ci ilin oktyabr ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin İnsan Resursları İdarəsinin Kadrlarla işin təşkili şöbəsinin, 2023-cü il tarixindən isə qeyd edilən İdarənin Kadrlarla işin təşkili və uçotu şöbəsinin rəisi vəzifəsində xidmət edib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!