Dövlət katibi: “Müharibəyə hazırıq“

saytların hazırlanması

Evə çatdırılma

Dövlət katibi: “Müharibəyə hazırıq“

Dünya

04 Mart 2022 14:10 4362


"NATO bütün müttəfiqlərini və ərazilərini Rusiya hücumundan qoruyacaq".

Yenisabah.az CNBC-yə istinadla xəbər verir ki, bunu Brüsseldə Alyansın xarici işlər nazirlərinin görüşündə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“İttifaqımız müdafiə xarakteri daşıyır. Biz münaqişə axtarmırıq. Lakin münaqişə baş verərsə, buna hazırıq və NATO ərazisinin hər qarışını müdafiə edəcəyik”, - deyə o, jurnalistlərə açıqlamasında Rusiyanın Ukraynadakı mülki şəxslərə hücumlarını pisləyib. Dominos pizza

Dövlət katibi əlavə edib:

“Gecə atom elektrik stansiyasına hücum barədə xəbərlər gördük. Bu, sadəcə olaraq, müharibənin ağılsızlığını və ona son qoymağın vacibliyini, həmçinin Rusiyanın bütün qoşunlarını çıxarmasının və diplomatik səylərdə xoş niyyətlə iştirakının vacibliyini nümayiş etdirir”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!