Dövlət qurumundan PUA-larla bağlı vətəndaşlara müraciət

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumundan PUA-larla bağlı vətəndaşlara müraciət

Sosial

11 Oktyabr 2020 14:23 1991


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi pilotsuz uçan aparatların (PUA) istifadəsi ilə bağlı vətəndaşlara müraciət edib.

“Yeni Sabah”ın məlumatına görə, müraciətdə  2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutduğu qeyd edilir: 

“Bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb və qarşısında duran vəzifələri uğurla yerinə yetirilir. Sezar pizza

Təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində Hərbi vəziyyət elan edilməsini, habelə hazırkı şəraitdə dövlət mənafelərini rəhbər tutaraq mülki pilotsuz uçan aparatların (PUA) istismarçılarından, eləcə də hər hansı bu cür aparatların sahiblərindən aşağıdakı tələblərin yerinə yetirilməsini xahiş edirik:

•    Hava məkanında təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi məqsədilə respublikamızın vətəndaşları, habelə xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının bütün ərazisində onlara məxsus hər hansı PUA-lardan istifadə edilməsini müvəqqəti olaraq dayandırsınlar;

•    Hər hansı PUA-lardan istifadə olunmasını müşahidə etdikdə vətəndaşlar dərhal Hava Hərəkətini İdarə Etmə Baş Mərkəzinin +994 12 497-16-73 telefon nömrəsinə zəng vuraraq rejiminin pozulması haqqında məlumat versinlər.

Vətəndaşlarımızdan  mövcud hərbi vəziyyət dövründə  PUA-lardan istifadənin  Azərbaycan Respublikasının Milli Ordusu tərəfindən aparılan uğurlu əməliyyatlara müəyyən maneələr törədə bilməsini nəzərə almağı və bu tələblərə qeyd-şərtsiz riayət etməyi xahiş edirik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!