Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan atəş nəticəsində öldü

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Sərhəd Xidmətinin əsgəri silahdan açılan atəş nəticəsində öldü

Hadisə

11 Dekabr 2022 16:20 1358


Dekabr ayının 10-da saat 16:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Diviziyasında silahla davranış qaydalarının pozulması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2003-cü il təvəllüdlü əsgər Əliyev Məhəmməd Məhərrəm oğlu aldığı güllə yarasından vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Baş vermiş hadisənin araşdırılması məqsədilə Dövlət Sərhəd Xidməti rəisinin göstərişi ilə Sərhəd Qoşunlarının komandanı hadisə yerinə ezam olunub. Dördpendirli pizza

Faktla bağlı prokurorluq orqanları ilə birgə araşdırma işləri aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat etmiş hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!