DSX-nin hərbçisi özünü GÜLLƏLƏDİ

saytların hazırlanması

Evə çatdırılma

DSX-nin hərbçisi özünü GÜLLƏLƏDİ

Hadisə

01 Dekabr 2022 12:16 5479


Noyabrın 29-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Qazax Əlahiddə Sərhəd Divizyasının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Nuriyev Kənan Hafiz oğlu odlu silahdan atəş açaraq özünə xəsarət yetirib. 

Bu barədə Yenisabah.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Hərbi qulluqçuya ilkin tibbi yardım göstərildikdən dərhal sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, oradan isə Gəncə Mərkəzi Klinikasına köçürülüb, müalicəsinə ixtisaslaşmış və peşəkar həkimlər cəlb olunub. Vəziyyəti ağır olaraq qiymətləndirilir. Dördpendirli pizza

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!