DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı  - ŞOK İDDİA

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı - ŞOK İDDİA

Hadisə

28 Noyabr 2022 23:56 12631


Bu gün DTX əməkdaşları Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində əməliyyat keçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə əslən Naxçıvandan olan ekspert Heydər Oğuz bildirib.

Onun sözlərinə görə, komitənin bir neçə rəhbər şəxsi sorğuya çəkilib. İddialara görə, komitənin fəaliyyətində ciddi yeyintilər və saxtakarlıqlar aşkarlanıb.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılovdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!