Dünya mediasının manşetinə çıxan ukraynalı qadın: “Hər zaman ölkəmi dəstəkləyəcəyəm”

saytların hazırlanması

Evə çatdırılma

Dünya mediasının manşetinə çıxan ukraynalı qadın: “Hər zaman ölkəmi dəstəkləyəcəyəm”

Dünya

25 Fevral 2022 15:32 612


Ukraynada çəkilən foto və videolardan biri dünya mediasının rəmzinə çevrilib.

Yenisabah.az xəbər verir ki, bu, siması qana bələnmiş müəllim və rejissor olan Olena Kurilonun fotosudur. 

Manşet görüntüsündəki Kurilo Ukraynanın şərqində yerləşən şəhərdə baş verən partlayışdan sonra şüşə qırıqları nəticəsində yaralanıb. Xəsarət alan 20 nəfərdən biri olan 52 yaşlı Olena ilk dəfə keçirdiyi dəhşətli anlardan danışıb: Sezar pizza

"Heç vaxt belə bir şeyin ola biləcəyini düşünmürdüm. Şokdaydım, ağrı hiss etmədim. Bu həyatda belə bir şeyin həqiqətən olacağını heç düşünməmişdim.

Mən heç vaxt, heç bir halda Putinə tabe olmayacağam! Ölmək ondan daha yaxşıdır... Mən rejissor və pedaqoqam. Tarixi oxumuşuq, amma bizim torpağımızda bunun baş verə biləcəyini heç düşünməmişik.

Evim tamamilə dağıldı - pəncərə yox, qapı yox. Hətta döşəmə belə tamamilə çökdü. Bəxtim gətirdi. Sağ qalmağıma imkan verən, yəqin ki, qoruyucu mələyimdir.

Bacardığım qədər bütün enerjimlə Ukrayna üçün əlimdəbn gələn hər şeyi edəcəyəm. Mən hər zaman və yalnız ölkəmi dəstəkləyəcəyəm”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!