"Ukraynadakı vəziyyət bu il qlobal ərzaq böhranına səbəb olacaq".
Yenisabah.az "Le Figaro"ya istinadla xəbər verir ki, bunu Fransanın kənd Təsərrüfatı və ərzaq naziri Julyen Denormandi bildirib.
O əlavə edib: "Aralıq dənizi regionunda Rusiya və Ukraynadan buğda ixracından asılı olan bir çox ölkələr var". Pepperoni pizza
Nazir baş verən hadisələrin qiymətləri artıra biləcəyini , bunun da heyvandarlıq yeminə təsir göstərəcəyini söyləyib.
Nəşrin məlumatına görə, Qətər, Ruanda, Qırğızıstan və Misir kimi dövlətlər Rusiyadan buğda tədarükündən 80%, Türkiyə isə 70% asılıdır.
Bununla bağlı fransalı siyasətçi növbəti il yarım ərzində ərzaq böhranından qaçmaq üçün addımlar atmağa çağırıb.
Telegram kanalımız