Düşmənə qan udduran Azərbaycan əsgərləri -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Düşmənə qan udduran Azərbaycan əsgərləri - Fotolar

Sosial

03 Noyabr 2020 09:56 1692


Əsgər Sadıqov Məhəmməd Rüfət oğlu Vətənimizin bütövlüyü uğrunda gedən döyüşlərdə top komandiri kimi düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Leytenant Qaraşov Məhəmməd İlham oğlu isə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə dəqiq atəşlə düşmənin avtomobil kolonunu məhv edib. Dördpendirli pizza

Leytenant Düniyev Azad Vüqar oğlu da igidliyi ilə seçilən zabitləmizdəndir.

O, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə reaktiv artilleriya atəşi ilə düşmənin canlı qüvvəsini və atəş nöqtələrini məhv edib.

Gizir Əjdərli Sabit Mübariz oğlu işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə döyüş maşın komandiri kimi xüsusi fəallıq göstərib.

O, düşmənin canlı qüvvəsini və atəş vasitəsini məhv edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!