Əbdürrəhman Vəzirovun da kəndi azad edilib

saytların hazırlanması

Evə çatdırılma

Əbdürrəhman Vəzirovun da kəndi azad edilib

Sosial

18 Oktyabr 2020 13:27 4244


Qəhrəman ordumuzun uğurlu əməliyyatları davam edir. 16 oktyabrda azad edilən kəndlərimiz sırasında Xocavənd rayonunun Düdükçü kəndinin də adı var.

“Yeni Sabah” Musavat.com-a-a istinadla xəbər verir ki, bu kənd Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katiblərindən biri, ölkəmizin uğursuz rəhbərlərindən Əbdürrəhman Vəzirovun baba yurdudur. Vəzirov bunu 2018-ci ilin fevralında “Paxlava Production” internet kanalına müsahibəsində bir daha təsdiqləmişdi:

“Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji Məktəbində oxuyub. O, Qaryagin (indiki Fizuli – red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Düdükçü kəndindəndir. Bu kənd vaxtilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb”. Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!