Əhməd İsmayılov: Ölkəmiz müxtəlif dairələrin hədəfindədir

saytların hazırlanması

Evə çatdırılma

Əhməd İsmayılov: Ölkəmiz müxtəlif dairələrin hədəfindədir

Sosial

17 Dekabr 2024 11:31 244


Ölkəmiz onun informasiya mühitini çirkləndirmək istəyən müxtəlif dairələrin daim hədəfindədir. Azərbaycanın media ekosisteminə təsir göstərən bu kimi təhdid meyilləri öz növbəsində həm mediamızın raqabətədavamlı xəbər istehsalını artırmasını, həm də ictimaiyyətin yalan məlumatların təsirinə düşməsinin qarşısının alınması baxımından media savadlılıq səviyyəsinin yüksəldilməsini şərtləndirir.

Yenisabah.az xəbər verir ki, bunu "Media savadlılığı" konfransında Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə qüvvəyə minmiş "Media haqqında" Qanunda ilk dəfə media savadlılığına anlayış verilib, media savadlılığının artırılması məqsədilə dövlət tədbirlərinin keçirilməsi MEDİA-ya həvalə edilib. pizza mizza

Agentlik cəmiyyətdə media savadlılığı bacarıqlarının artırılması üçün beynəlxalq təcrübə araşdırılaraq hədəf qruplara istiqamətlənmiş vahid daxili strategiya hazırlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!