Əkizlərdən biri: “Xəyanət kişilərə  xas hərəkətdir“

saytların hazırlanması

Evə çatdırılma

Əkizlərdən biri: “Xəyanət kişilərə xas hərəkətdir“

Şou

30 Dekabr 2022 13:48 702


Müğənnilər Sevil və Sevinc Səfərovalar müzakirə yaradacaq açıqlama verib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə bacılar “Səhərin səsi” proqramında danışıblar.

Sevinc deyib ki, qadın ailədə fədakar olmalı, yeri gəlsə, xəyanəti də bağışlamalıdır: “Xəyanətə görə ailəmi dağıtmaram. Bu kişilərə xas olan hərəkətdir, onlarda qəbul olunur. Söhbət ailədən gedirsə, orada nələrisə keçməlisən. Qadınlar daha çox fədakarlıq etməlidir. Son zamanlar belə şeylər var, üstünə qışqırır, çamadanı yığır. Toyuqlu pizza

Evdə söz götürməmisən? Valideynin sənə güldən ağır söz deməyib?! Yaxud da qayınananın sözünü şişirdirlər. Vaxtında anamız elə şillələr vurub ki, gəl görəsən, indi deyir ki, sizə əl qaldırmamışam. Oxlovla döymüsən, nəyə əl qaldırmamısan? İndi qayınanalar bir söz deyən kimi deyirlər, mənə qışqırdı. Anan qışqırıb da sənə.

Deyirlər, həyat yoldaşım xəyanət etsə, bağışlamaram. Bu böyük cümlədir, ailəli olan xanımlar çox istifadə etməsin. Ağıllı, yaxşı kişi xəyanət edirsə, onu büruzə vermir. Verirsə də, boşluq var orada, safdır. Mənim baxışım fərqlidir, çünki anamdan elə görmüşəm. Fədakarlıq edib, böyük şeyləri keçib ki, övladları atasız böyüməsin. Bəlkə də bu elə ailə tərbiyəmdən gəlib”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!