Eks-diplomat: “Tehranın Rusiyanı açıq dəstəkləməsi ölkənin maraqlarına zərbə vuracaq“ 

saytların hazırlanması

Evə çatdırılma

Eks-diplomat: “Tehranın Rusiyanı açıq dəstəkləməsi ölkənin maraqlarına zərbə vuracaq“ 

Dünya

26 Fevral 2022 09:45 589


İranın BMT-dəki keçmiş diplomatı Hüseyn Musəvian Ukraynada baş verən hadisələrlə bağlı ölkə prezidentinə bir neçə tövsiyə verib.

Yenisabah.az “Şərq” qəzetinə (İran) istinadla xəbər verir ki, eks-diplomaat bildirib:

“Hazırda ölkənin xarici siyasətinin Rusiya və Çinə əsaslanaraq şərqə yönəldiyini nəzərə alsaq, Rusiya və Çinin davranış və siyasətii xüsusi həssaslıqla izlənməlidir".  Sezar pizza

Hüseyn Musəvianın fikrincə, son 200 ildə İran xalqı müharibə fenomenindən çox əziyyət çəkib:

"8 illik İraq-İran müharibəsindən tutmuş Rusiyanın İrana qarşı əvvəlki müharibələri, Türkmənçay və Gülüstan müqavilələrinə və ölkənin böyük bir hissəsinin Rusiyaya birləşdirilməsinə, İranın İngiltərə və Rusiya tərəfindən işğalı, ABŞ-İraq və Əfqanıstan müharibələrinə, NATO-nun Liviyaya müdaxiləsi, İsrailin qonşu ölkələrə hücumu və Səudiyyənin Yəmənə təcavüzü bu qəbildəndir. Ona görə də, İran xalqı bölgədəki “müharibə fenomeni”nə son dərəcə həssasdır və müharibəyə nifrət edir və Rusiyanın Ukraynaya hərbi hücumunun da bu həssaslığın tərkib hissəsi olması təbiidir".

O əlavə edib ki, Rusiya ilə yaxşı münasibətlər saxlamaqla yanaşı, İran Rusiyanın milli təhlükəsizlik mülahizələrinə hörmət etməli və NATO-nun ekspansionizmini pisləməlidir.

"Lakin Rusiyanın müharibə və qonşu ölkəyə hərbi müdaxilə siyasətini dəstəklənməməlidir. İranın bu müharibədə Rusiyanın müttəfiqi olduğu təəssüratı yaratmaq xalq arasında və beynəlxalq ictimaiyyətin nəzərində düzgün anlaşılmayacaq, ölkənin maraqlarına zərbə vuracaq və baha başa gələcək", - deyə eks-diplomat fikirlərini tamamlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!