Elgiz yuxusunu danışdı - Hamını kövrəltdi

saytların hazırlanması

Evə çatdırılma

Elgiz yuxusunu danışdı - Hamını kövrəltdi

Şou

01 Fevral 2023 13:27 774


"Mən və dayım koronavirusa yoluxduq. Allah məni sizlərə görə bağışladı, sağaldım, lakin dayım dünyasını dəyişdi. Dayımı yuxularımda görmürdüm, 2 il yuxuma gəlmirdi".

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Televiziya ulduzunun dayısı ilə bağlı etirafı hər kəsi kövrəldib: Dominos pizza

"Dayımın Londonda təhsil alan, savadlı oğlu gözündən əməliyyat olundu. Əməliyyatla bağlı bütün köməkliyi ona mən etdim. Əməliyyat çox yaxşı keçdi, həmin günün axşamı dayım yuxuma girdi və mənə təşəkkürümü bildirdi.

Yuxumda kostyum geyinmişdi, gəldi onümə. Mən də ona sarı gedib, görüşmək istədim. Amma icazə vermədi. Əli ilə yaxınlaşmamağı söylədi. Dayım demək istəyib ki, hələ sənin vaxtın deyil. Yuxulara mütləq inanmaq lazımdır. Mənə təşəkkürünü bildirib, çıxdı getdi".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!