Əli Həsənov Azərbaycana gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov Azərbaycana gətirildi

Siyasət

18 Yanvar 2021 12:52 2267


Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycana gətirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Bizim.Media məlumat əldə edib.  Xatırladaq ki, bir müddət əvvəl Əli Həsənov müalicə olunmaq adı ilə Türkiyəyə getmişdi. Mətbuata açıqlamasında 10 gün sonra geri qayıdacağını bildirən Əli Həsənov bu günə qədər xaricdə yaşamaqda  və gizli fəaliyyət göstərməkdə idi.

Vəzifədən azad olunduqdan sonra Əli Həsənovun korrupsiya əməlləri və qanunsuz biznes fəaliyyətləri haqqında məlumatlar tirajlanmağa başlanmışdı. pizza

Əli Həsənov son günlərdə KİVDF rəhbəri Vüqar Səfərlinin həbsi ilə yenidən gündəmə gəlmişdi. Belə ki, kütləvi informasiya vasitələri üçün dövlət büdcəsindən ayrılan 5 milyon manatın mənimsənilməsində şübhəli bilinən Vüqar Səfərli Əli Həsənovun sağ əli idi.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!