“Əli Həsənov jurnalistlərin “zəhər dişi”ni çəkirdi” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Əli Həsənov jurnalistlərin “zəhər dişi”ni çəkirdi” - Video

Siyasət

18 Yanvar 2021 15:10 1178


Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə "Səs" TV-də efirə gedən "Açıq söhbət" verilişinin qonağı olub.

Azərbaycan mətbuatının durumunun müzakirə olunduğu verilişdə hazırda həbsdə olan Vüqar Səfərlinin və ləğv olunmuş KİV DF-nin fəaliyyəti də müzakirə olunub.

Seymur Verdizadə deyib ki, bu problemlər ona görə yarandı ki, hazırda tarixin arxivinə atılmış ictimai-siyasi şöbəyə rəhbərlik edən adam Azərbaycanda müstəqil jurnalistin, müstəqil jurnalistikanın olmasını istəmirdi:  Marqarita pizza

"Həmin adam istəmirdi ki, Azərbaycanda hansısa jurnalistin ağzında “zəhərli diş” olsun. Axı jurnalist yeri gələndə zəhər saçmalıdır. Bunlar istəyirdi ki, kimin ağzında zəhərli diş varsa, çəkib çıxarsınlar, diş xəstə olanda da, sağlam olanda da çəkib çıxarırdılar. Onlar istəyirdi ki, hamı onlara baş əysin, müti olsun, onların dediyi ilə oturub-dursun, hamı bayramlarda gəlib iki qaşıq aş yeyib üzlərini Allaha tutub bunların 200 il yaşaması üçün dua etsin. Axı niyə? Niyə Mətbuat Günündə olan bir tədbirdə mən sənə minnətçi olmalıyam?  Niyə jurnalistlər üçün paylanan birinci və ikinci binadan ev almağa haqqı çatan adamlar dəridən-qabıqdan çıxmalıdırlar? 50 deputata ağız açmalı, Vüqar Səfərliyə yaltaqlanmalı, Əli Həsənovun kabinetinə gizli yol tapmalıdırlar? Əgər o adamın haqqı çatırsa, və bu evi cənab Prezident jurnalistlər üçün tikdirirsə, burda həm də jurnalistin xidmətləri qiymətləndirilirsə, sən onun haqqını niyə ona minnətlə verməlisən? Dədənin pulunu verib tikməmisən ki... Bu ev dövlət büdcəsi hesabına jurnalistlər üçün tikilib”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!