Əli Həsənov məşhur passajı satışa çıxardı: Yır-yığış edir?

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov məşhur passajı satışa çıxardı: Yır-yığış edir?

Siyasət

14 Yanvar 2021 16:59 2048


Bakının məşhur məkanlarından olan “Kitab passajı” satışa çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Axar.az-a məlumat verən mənbənin bildirdiyinə görə, ümumilikdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov tərəfindən 15-ə qədər kitab mağazası, “Azərkitab”ın inzibati binası və 10 hektara qədər ərazisi olan “Kitab bazası” simvolik qiymətə özəlləşdirilib və bütün bu obyektlər Ə.Həsənovun yaxınlarının adına keçirilib.

"Azərkitab"ın inzibatı binası Səbail rayonu, A.Əlizadə küçəsi -8-də yerləşir və sahəsi 800 kv/metrdir. pizza mizza

Həmçinin o da qeyd edilir ki, son aylara qədər “Kitab passajı”ndan aylıq haqları Əli Həsənovun həyat yoldaşı Sona Vəliyeva yığırmış.

Məlumat üçün bildirək ki, ucuz qiymətə özəlləşdirilən “Kitab passaji” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılmışdı və buranın tarixi əhəmiyyəti olduqca mühümdür.

Ə.Həsənovun əmlaklarını satışa çıxarmasının KİV DF sədri Vüqar Səfərlinin həbsi ilə eyni vaxta düşməsini bəziləri təsadüfü saymır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!