Əli Mirəliyevin arvadı gəlininin uşağını atmasından danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Əli Mirəliyevin arvadı gəlininin uşağını atmasından danışdı - Video

Şou

08 Dekabr 2022 15:49 1301


Müğənni Əli Mirəliyevin həyat yoldaşı Anaxanım Mirəliyeva "Elgizlə izlə" proqramına qatılıb. 

Yenisabah.az xəbər verir ki, o, efirdə gəlininin vaxtilə övladını ataraq getdiyini açıqlayıb:

"İndi nəvəmin 19 yaşı var. 17 yaşı olanda onu ölkədən çıxartdım, Ankaraya universitetə apardım. Anası onun ölkədən çıxarılmasına icazə verməli idi, verdi də. Sənədləri düzəldəndə o biri nənəsinin yanında qeydiyatda idi. Sənəd alanda bəlli oldu ki, oradan qeydiyatdan çıxarılıb.  Toyuqlu pizza

Məndən anası ilə görüşmək üçün icazə istədi və razılaşdım. O zamanlar isə vəziyyətim yaxşı deyildi, xəstələnmişdim. Nəvəmin anası məni küçədə gördü və söylədi ki, sən uşağımı əlimdən almısan. Buna görə də, Allah sənə dərd verib. Cavab verdim ki, əgər belədirsə, o uşağa baxmaq üçün Allah mənə dərman da verəcək.

Uşaq yayda tətilə gəldi və dedi ki, babam da, nənəm də rəhmətə gedib. Ona dedim ki, get, ananla görüş.

Amma bunlar haqda mənim oğlumun xəbəri olmayıb. Bu haqda ona heç nə deməmişəm. Bilsə, çox böyük stress keçirər. Elə olub ki, oğlum xəstə-xəstə nəvəmi çimizdirib, dırnaqlarını tutub və ona baxıb. Amma anası ona yaxın durmadı. Nəvəm isə bundan psixoloji travma aldı. Nəvəm ikinci kursda oxuyur. Çox tərbiyəli uşaqdır. Biz ondan çox razıyıq".

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!