Əli Nağıyev Abazyanla görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Əli Nağıyev Abazyanla görüşdü

Siyasət

09 Yanvar 2021 20:12 2793


8 yanvar, saat 17.00-da Yerasx və Sədərək məntəqələri arasındakı  neytral zonada Ermənistan və Azərbaycanın təhlükəsizlik xidmətlərinin rəhbərləri  arasında görüş keçirildi.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat məlumatina əsasən, Armen Abazyan və Əli Nağıyev “məhbus mübadiləsi və itkin düşənlərin axtarışı ilə bağlı məsələləri müzakirə ediblər. Bu sahədə əlaqələr davam edəcək ”.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti bu barədə heç bir məlumat vermir. pizza mizza

Bir sıra mənbələrə görə, Abazyan və Nağıyev Nikol Paşinyanın yanvarın 11-də İlham Əliyevlə keçirəcəyi görüşdə müzakirə ediləcək məsələlər ətrafinda  fikir mübadiləsi aparıb. /Turan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!